“Əgər Rusiya sülhməramlıları Qarabağı tərk etsələr, bu halda orada erməni qalmayacaq”.Missiya.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu açlıqlama ilə Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan çıxış edib. Ter-Petrosyan qeyd edib ki, əhalinin 95 faizi rus sülhməramlılarının 5 ildən sonra bölgəni tərk edəcəyinə əmindir.
Sitat:
“Xeyir, belə bir şey yoxdur. Üçtərəfli razılaşmada sülhməramlıların qalma müddətinin uzadılmasının mümkün olması da göstərilib və bu da təsadüfi deyil. Onlar gəlməyiblər ki, sonra əllərini yaxalayaraq çıxıb getsinlər” - sitatın sonu.
Keçmiş prezident nəqliyyat dəhlizlərinin açılamsı məsələsinə də toxunub. O qeyd edib ki, Azərbaycan çalışır ki, Naxçıvana quru yolu ilə çıxış əldə etsin. Ermənistan isə Rusiya ilə dəhlizin yaranmasında maraqlıdır.
Sitat:
“Burada nəyi izah edəsən? Məgər Ermənistan üçün Rusiya ilə etibarlı yolunun olması vacib deyil? Gürcüstana olan yolların hansı vəziyyətdə olduğunu bilirsiniz. Azərbaycanın yolları isə bizim üçün bağlıdır. Əgər belə bir imkan yaranarsa, bu, Ermənistan üçün əla bir əlaqələndirici vasitə olacaq” - sitatın sonu.
Xatırladaq ki, Ter-Petrosyan da növbədənkənar parlament seçkisində namizəd kimi iştirak edəcək.
Missiya.Az