AZ   |   RU
Yeni nəzarət buraxılış məntəqəsi separatçıları qorxuya salıb - "Həbs edəcəklər"
Azərbaycanın Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurması Xankəndidəki sepaeatçı rejimin başbilənlərini qorxuya salıb. 

Onlar özlərini gözləyən aqibətdən narahat olaraq, Azərbaycan sərhədçiləri tərəfindən həbs olunacaqlarına dair açıqlamalar verirlər.

Separatçıların müvəqqəti xarici işlər naziri aslanan David Babayan bildirib ki, yeni məntəqə həbs məntəqəsi olacaq. Separatçı qırığı Azərbaycana beynəlxalq təztiqin zəif olmasından da gileylənib.

Göründüyü kimi, separatçılar öz talelərindən narahat olurlar və törətdikləri cinayət əməllərinə görə Axərbaycan məhkəmələri qarşısında cavab verəcəkləri günün yaxınlaşdığının fərqinə varırlar. 

Ermənilərin və havadarlarının nə deməsindən asılı oımayaraq Azərbaycanın öz rərazisində sərhəd buraxılış məntəqəsi yaratması, dövlətimizin suveren və legitim hüququdur.

Elcan
Missiya.Az


  • 24-04-2023, 15:03