AZ   |   RU
Qarabağdakı erməni terrorçularına qarşı antiterror əməliyyatına başlamaq - VİDEO



Şuşanın kəndində erməni quldurlarının növbəti vəhşiliyi - 3 hərbçimiz minaya düşdü


Sülhməramsızların nəzarət edə bilmədiyi Qarabağın erməni terrorçuları gizləndiyi ərazilərində azərbaycanlılara qarşı quldur təxribatların ardı kəsilmir. 


İki saat öncə Şuşanın Allahqulular  kəndi ətrafındakı yüksəkliklərdə yerləşən mövqelərimizə təminat vasitələrini daşıyan Azərbaycan Ordusunun hərbi yük maşını ermənilər tərəfindən qəsdən yolun hərəkət istiqamətində basdırılmış minaya düşərək partlayıb.


Nəticədə avtomobilin sürücüsü və maşın başçısı yaralanıb, nəqliyyat vasitəsi sıradan çıxaraq yararsız vəziyyətə düşüb. Dərhal yaralılara yardım göstərmək üçün gələn hərbi qulluqçulardan biri də piyada əleyhinə minaya düşərək, xəsarət alıb.


Minaya düşən 3 hərbi qulluqçumuza təxirəsalınmaz tibbi yardım göstərilib.


Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.


Qarabağın nəzarətsiz qalan ərazilərində gizlənən erməni quldurlarının 44 günlük Vətən müharibəsindən sonra Ermənistanın xüsusən hərbi rəhbərliyinin dəstəyi ilə azərbaycanlılara qarşı törətdiyi mina terroru nəticəsində onlarla  həmyerlimiz şəhid olub, xəsarət alıb. Bu əclaflıq aktı davam edir. Cəmi bir çıxış yolu var: Qarabağdakı erməni terrorçularına ərazilərimizi tərk etmək üçün ən çoxu 10 gün vaxt vermək, tələbə əməl olunmadığı təqdirdə onlara qarşı antiterror əməliyyatına başlamaq.


Ceyhun



  • 22-04-2023, 20:12