AZ   |   RU
Erməni futbol şərhçisi Bakıya gəlir – Qarabağda turnir təşkil etmiş Arustamyanı niyə bağışladıq?

Rusiyalı idman jurnalisti, erməni əsilli Nobel Arustamyan Futbol üzrə Avropa Çempionatının Bakıda keçiriləcək oyunlarını şərh etmək üçün paytaxtımıza gələcək. 

Missiya.Az
xəbər verir ki, bu barədə Rusiyanın “Matç TV” kanalının baş direktoru Tina Kandelaki özünün Telegram kanalında yazıb. O qeyd edib ki, Arustamyan Avro2020-nin Bakıda keçiriləcək oyunları üçün artıq akkreditasiyasını alıb. 

Xatırladaq ki, Nobel Arustamyanın Bakıya gəlişi sual altında idi. Hətta ona akkreditasiya verilməyəcəyi də deyilirdi. Məsələ ilə bağlı açıqlama verən AFFA-nın vitse-prezidenti bildirmişdi ki, Arustamyana akkreditasiya verilməməsinin səbəbi onun Azərbaycanın ərazi bütövlüyünə hörmət etməməsi ilə bağlıdır.

Belə ki, futbol şərhçisi ötən müddət ərazində bir neçə dəfə Dağlıq Qarabağa səfər edib, orada uşaqlar üçün futbol turniri təşkil edib. Arustamyanın özü isə Qarabağda futbol turniri təşkil etməsindən qürur duyduğunu açıqlamışdı. Görünür məsələyə Rusiya Xarici İşlər Nazirliyinin qarışması nəticəsində Arustamyanın ölkəmizin ərazi bütövlüyünə hörmət etməməsi faktı “unudulub”...

Missiya.Az

  • 10-06-2021, 11:07