Ermənistan mediası baş nazir vəzifələrini icra edən Nikol Paşinyanın ötən gün “Əsirlərin əvəzində, oğlum Aşotu Azərbaycana verməyə hazıram” müraciətini lağa qoymağa başlayıb.
Missiya.Az xəbər verir ki, Ermənistanın “hraparak” nəşrində Nikol Paşinyanın sözügedən təklifi lağ-lağı mövzusuna çevrilib.
Sitat:
“Azərbaycan tərəfi Aşot Paşinyana görə Ermənistan tərəfinə iki qoyun, Anna Hakobyana görə isə bir dişi eşşək verməyə razı olub” – sitatın sonu.
Xatırladaq ki, Ermənistanda baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevə bütün erməni diversantların əvəzinə öz oğlunu təklif edib.
Nikol Paşinyan bildirib ki, oğlu Aşotu Azərbaycanda saxlanan bütün erməni diversantlara dəyişməyə hazırdır. Paşinyanın oğlu Aşot atasının təklifinə özünün Facebook səhifəsində reaksiya verib. O yazıb: "Özümü həmin ermənilərinə əvəzinə Azərbaycana təklif edirəm".Qeyd edək ki, N.Paşinyan bu təklifi Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın bir bəyanatına reaksiya verərkən irəli sürüb.
Bundan əvvəl Serj Sarkisyan Paşinyana öz oğlunu Azərbaycanda saxlanan 20-25 diversantla dəyişməyi təklif etmişdi.
N.Paşinyan iyunun 8-də, seçki kampaniyasının ikinci günündə Aparan şəhərində seçicilərlə görüşü zamanı bu təkliflə razı olduğunu deyərək, Sarkisyanla Robert Koçaryanı “sutenyor və insan alverçiləri” adlandırıb: “Mən razıyam. Rəsmən Əliyevə müraciət edirəm: öz oğlumu bütün əsirlərin qaytarılması müqabilində verməyə hazıram. Amma Serjik və Robikə insan alveri üzrə mütəxəssislər kimi bu məsələ barədə danışıqları aparmaq səlahiyyəti verirəm. Düşünürəm ki, bu işdə bir neçə min dollar qazana bilsəniz, kisənizə ziyan dəyməz”.
Elvin
Missiya.Az