AZ   |   RU
Türkiyə Qara dənizdəki qaz yatağı sayəsində tədarükdən asılılığı azaldacaq


Türkiyə Qara dənizdəki Sakarya qaz yatağı sayəsində ilin sonuna qədər tədarükdən asılılığını 15% azaltmağı planlaşdırır.


Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu barədə “Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkətinin prezidenti Melih Han Bilgin bildirib.

"Birinci mərhələdə Sakarya yatağı idxal qazından asılılığı 15% azaldacaq, bu, ilin sonuna qədər baş verəcək. Sonra ikinci mərhələ ilə bu asılılıq 35% azalacaq", - Bilgin deyib.



  • 13-04-2023, 19:47