AZ   |   RU   |   Köhnə versiya

Baş Prokurorluqdan atanın 9 yaşlı qızını döyərək işgəncə verməsi ilə bağlı açıqlama


Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Rauf Vəliyevin 9 yaşlı qızı Milana Məlikzadəyə döyərək işgəncə verməsi və bunu keçmiş həyat yoldaşı Təranə Rzayevaya vatsap vasitəsilə zəng edərək nümayiş etdirməsi ilə bağlı yayılmış videogörüntülərlə əlaqədar hazırda Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən araşdırma aparılır.

Missiya.Az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə bildirib ki, nəticəsindən asılı olaraq qanuni qərarın qəbul edilməsi və ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.


Baxış sayı: 273
  • 8-06-2021, 17:01