AZ   |   RU
Putin Qərbin sanksiyalarından danışdı


"Qərbin anti-Rusiya sanksiyaları uzun müddət davam edəcək".

Missiya.Az 
xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin deyib.

"Buna görə də uzunmüddətli perspektivdə ölkənin suveren inkişafı üçün tədbirlər hazırlamaq lazımdır", - deyə o əlavə edib.

Putin sanksiyaların təsirini neytrallaşdırmaq və ya minimuma endirmək üçün müvafiq tapşırıqların verildiyini xatırladıb.

Zərintac Mayisqızı
Missiya.Az




  • 4-04-2023, 17:20