AZ   |   RU
ÜST: “Dünyada vəba xəstəliyinin yayılma riski çox yüksəkdir”


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) vəba xəstəliyinin dünyada yayılma riskini çox yüksək qiymətləndirir.



Missiya.Az “Report”a istinadən xəbər verir ki, bu barədə ÜST-ün epidemioloji bülletenində deyilir.


Bildirilib ki, martın 20-nə olan məlumata görə, 24 ölkədə vəba xəstəliyinə yoluxma ilə bağlı yeni hallar qeydə alınıb.


“Əvvəlki bülletenin dərc edildiyi 2023-cü il fevralın 11-dən bəri dünyada vəba xəstəliyinin yayılması ilə bağlı qlobal vəziyyət pisləşib. Dörd yeni ölkədə bu xəstəliyin yayılması barədə məlumat verilib”.



  • 23-03-2023, 10:40