AZ   |   RU
Arayik Arutunyandan sərsəm bəyanat - "Qarabağın Azərbaycanda qalmasına imkan verməyəcəyik"
 
“Dağlıq Qarabağın əsas məqsədi müstəqillikdir. Bizim müstəqillik uğrunda mübarizəmizə alternativ yoxdur”.

Missiya.Az xəbər verir ki, bunu separatçı Arayik Arutunyan Martuni və Əsgəran bölgələrinin sakinləri ilə görüşündə deyib.

Sitat: “Rusiya sülhməramlılarının burada olması ermənilərin Qarabağda qalacağına zəmanətdir. Dağlıq Qarabağ müstəqilliyi uğrunda mübarizəni davam etdirəcək. Xalqımız Qarabağın Azərbaycanda qalmasına imkan verməyəcəyik. Müstəqillik bizim gündəmimizdə uzun müddətdir ki qalır və hədəfimizə çatacağıq. Əlbəttə ki, çaxnaşma var idi. Lakin biz ölümünə mübarizə apardıq” – sitatın sonu.  

Arayik Arutunyanın belə sərsəm bəyanatları Azərbaycanın Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərində anti-terror əməliyyatları keçirməsinə zəmin yarada bilər.

Qeyd edək ki, Azərbaycan 44 günlük Vətən Müharibəsi nəticəsində Qarabağı 30 illik işğaldan azad edib. 10 noyabr 2020–ci il tarixində Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı bəyanətə əsasən Rusiya Federasiyasının sülhməramlı kontingenti atəşkəsə nəzarət etmək üçün bölgəyə yerləşdirilib.

İnam
Missiya.Az

  • 3-06-2021, 17:09