AZ   |   RU
Qarabağda anti-terror əməliyyatının keçirilməsi qaçılmazdır - Separatçı rejimin sıradan çıxarılması üçün Bakının başqa yolu qalmır


Martın 1-də Xocalıda keçirilmiş birinci görüşdə Azərbaycan tərəfi Ermənistan icması ilə bir araya gəldi və mövcud problemlərin həlli istiqamətində müvafiq danışıqlar aparıldı.

Görüşdə qeyd olundu ki,  belə görüşlər intensiv xarakter ala , Reinteqrasiya prosesi kontekstində tərəflər gələcəkdə Gəncə, Mingəçevir və yaxud Bakıda görüş keçirə bilər. Qısa müddət ərzində də Prezident Administrasiyası Qarabağda yaşayan ermənilərin nümayəndələrini reinteqrasiya və infrastruktur məsələləri ətrafında müzakirə aparmaq üçün Bakıya dəvət etdi”.

Bunu Missiya.Az-a açıqlamasında Global Media və Siyasət Araşdırmaları İB-in eksperti, Politoloq Turan Rzayev ermənilərin Bakının təklifindən imtina etməsi məsələsindən danışarkən deyib. Politoloq qeyd edib ki, Azərbaycan  bu məsələ ilə əlaqədar əlindən gəldiyi qədər konstruktiv mövqe göstərməkdə davam edir:

“Prinsip etibarilə belə bir görüşün keçirilməsinə dair təklifin verilməsi gözlənilirdi. Rəsmi Bakı dəfələrlə elan edib ki, Qarabağdakı erməni əsilli şəxslər Azərbaycan vətəndaşlarıdır. Onların ən qısa zamanda Azərbaycan cəmiyyətinə inteqrasiya olunması və mübahisəli məsələlərin ən qısa zamanda həll edilməsi Bakının prioritetdir.. Növbəti görüşlərin Bakıda keçirilməsi isə qarşılıqlı etimadın yaradılması, habelə sağlam dialoqun qurulması baxımından olduqca vacibdir”.

Politoloq onu da əlavə edib ki, separatçı rejim ermənilərin adından yox deyərək özünü “tərəf” kimi təqdim edir:

“Bu, həm də reinteqrasiya prosesini baltalamaq deməkdir. Hesab edirəm ki, belə hal Azərbaycanın əlini gücləndirəcək. Belə ki, ABŞ və Qərb təmasların məhz indi qurulmasını istəyirdi. Bakı da bu istiqamətdə addım atdı. Separatçı rejim isə faktiki olaraq reinteqrasiya prosesini baltalamaqla məşğuldur. Separatçıların bu mövqeyi Azərbaycanın antiteror əməliyyatına başlaması üçün əsas yaradır. Çünki reinteqrasiya prosesinin önündə ən böyük maneə separatçı rejimdir. Məhz rejimin sıradan çıxarılması üçün antiteror əməliyyatlarının keçirilməsi şərtdir”.

Zərintac Mayisqızı
Missiya.Az



  • 15-03-2023, 14:39