AZ   |   RU
Paşinyanı devirmək istəyən general Arayiki döydü - TƏFƏRRÜAT

Ermənistanın Baş Qərargah rəisi Onik Qasparyan Arayik Arutyunyanı döyüb.
 
Missiya.Az
xəbər verir ki, bu barədə Ermənistanın “ARMINSIDER” “Telegram” kanalı məlumat yayıb. 

Məlumata görə, ötən gün Arayik Arutyunyan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanla birlikdə Onik Qasparyanı istefa verməyə məcbur etmək üçün onun ofisinə gedib. 

Onik Qasparyan Arutyunyanın təzyiq etməsindən əsəbləşib və onu döyüb. Arutyunyan yumruqlardan canını qurtarmaq üçün otaqdan qaçıb. Onun otaqdan çıxarkən ağladığı bildirilir. 




Qeyd edək ki, Paşinyanın müharibə zamanı “İskəndər” raketlərinin partlamaması barədə səsləndirdiyi fikirlər böyük qalmaqala səbəb olub. Baş nazir onun fikirlərini lağa qoyan Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryanı işdən qovub. Paşinyanın bu qərarından sonra Baş Qərargah rəisi Onik Qasparyan baş nazirin istefa verməli olduğunu açıqlayıb. Qasparyan isə Paşinyanın tələbini qəbul etməyib. O hələ ki, vəzifəsindədir. Prezident Armen Sarkisyan Paşinyanın ona Qasparyanla bağlı göndərdiyi istefa ərizəsini imzalamayıb. Ordu və hökumət arasında yaşanan gərginlikdən istifadə edən müxalifət mitinqlərə start verib. Paşinyan hərbi çevrilişə cəhd olduğununu açıqlayıb və vəziyyətin gərgin olduğunu elan edib. O deyib ki, vəziyyətin nəzarətdən çıxmaması üçün danışıqlar aparılmalıdır. Ölkədə vəziyyət gərgin olaraq qalır. Paşinyanın əleyhdarları İrəvanın mərkəzində çatır qurmağa başlayıblar. 

Elvin 
Missiya.Az


  • 26-02-2021, 11:21