“Hərbi mükəlləfiyyət 12 il öncə ləğv edilib və Bundesver (Almaniya Silahlı Qüvvələri-red.) peşəkar ordu sisteminə keçib. Bu səbəbdən hərbi mükəlləfiyyətə qayıtmağın mənası yoxdur”.
Missiya.Az xəbər verir ki, bu barədə AFR Kansleri Olaf Şolts “Bild” qəzetinə müsahibəsində deyib.
"Almaniyada hərbi xidmətə müntəzəm çağırışa lüzum yoxdur", - deyə Kansler bildirib.
Əvvəllər almaniyalı gənclər ordu ilə alternativ xidmət arasında seçim edə bilirdi. Olaf Şolts özü də 1984-cü ildə qocalar evində alternativ xidmət keçib.
Leyla SƏMƏNDƏR
Missiya.Az