“İrandakı etiraz aksiyalarının yeni mərhələsi başlayıb və etirazçıların fəallığı son günlərdə əhəmiyyətli dərəcədə artıb”.
Missiya.Az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.
Məlumata görə, fevralın 16-da 15, fevralın 19-da 12, fevralın 20-də 14 və fevralın 21-də isə 7 etiraz aksiyası həyata keçirilib.
Qeyd olunub ki, bu, cari ildə ən yüksək göstəricidir: "Bu fəallığın nə qədər davam edəcəyi məlum deyil. “Vaşinqton Post” qəzetinin yazdığına görə, Məhsa Əmininin doğulduğu Kürdüstan əyalətində etirazçılar növbəti aksiyaya hazırlaşırlar. Etirazçılar təhlükəsizlik qüvvələri ilə mübarizə aparmaq üçün bir sıra vasitələr, o cümlədən “Molotov” kokteyli tədarük etməyə başlayıblar”.
Qərb analitiklərinin fikrincə isə, İran ciddi iqtisadi problemlərlə üzləşməkdə davam edir.
Leyla SƏMƏNDƏR
Missiya.Az