AZ   |   RU
Kuleba: Ukraynanın silah, maliyyə və həmrəyliyə ehtiyacı var


Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiyanın döyüş meydanında üstünlüyü əldə etməsi ilə bağlı Qərbdin narahatlığını tənqid edərək, Ukraynanın “silah, sanksiyalar, maliyyə dəstəyi və həmrəyliyə" ehtiyacı olduğunu söyləyib, hər bir ölkəni Ukrayna ilə həmrəylik nümayiş etdirməyə çağırıb.

Missiya.Az
APA-ya istinadən xəbər verir ki bu barədə Ukrayna xarici işlər naziri Brüsseldə "France24" telekanalına müsahibəsində danışıb.

Kuleba döyüş tanklarının Ukraynaya çatdırılması prosesinin plana uyğun getdiyini və tankların Ukraynaya çatdırılmasına “həftələr” qaldığını deyib. Döyüş təyyarələrinə gəlincə, ukraynalı nazir onların da tədarük olunacağına şübhəsi olmadığnı qeyd edib.

Kulebanın sözlərinə görə, "Putin təkcə Ukrayna üçün deyil, həm də dünya üçün problem deməkdir".
Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsun Rusiyanı aşağılamamaq və Putinlə kommunikasiya kanallarını açıq saxlamaq çağırışları ilə bağlı suala Kuleba cavab verib ki, o, “bir neçə aydır” belə çağırışlar eşitməyib.

Diplomat Moskvada rejim dəyişikliyi ilə bağlı suala da cavab verib. Ukraynalı nazir deyib ki, öz ölkəsinə kimin rəhbərlik edəcəyinə yalnız ruslar qərar verməlidir. "Bununla belə, əsas məsələ Rusiya xalqına necə başa salmaqdır ki, Putin həm də onların problemidir və onsuz rusların həyatı daha yaxşı olacaq”.

Ukraynanın xarici işlər naziri Çinin elan etdiyi vasitəçilik təklifini “səbirsizliklə gözlədiyini” deyib.

O əlavə edib ki, həm Ukrayna, həm də Çin üçün “müəyyən qırmızı xətlər”, ilk növbədə “ölkələrin ərazi bütövlüyünə qeyd-şərtsiz hörmət” var. ABŞ-ın Çinin Rusiyaya silah yardımı göndərməyi ciddi düşündüyü barədə xəbərdarlığına gəlincə, Kuleba vurğulayıb ki, hər hansı bir ölkə Rusiyaya silah göndərsə, ərazi bütövlüyünə hörmətsizlik etmiş olar.

Ukrayna XİN başçısı ümid etdiyini bildirib ki, daha çox ölkə Rusiyanın işğalının birinci ildönümünü qeyd etmək üçün bu həftə BMT Baş Assambleyasında Ukraynanın lehinə səs verəcək.

Əvvəlki səsvermələrdə bir sıra Afrika ölkələribitərəf qalıb.

  • 21-02-2023, 22:59