AZ   |   RU
ABŞ-ın yeni sanksiyaları Rusiyada 200 fiziki və hüquqi şəxsə təsir edəcək


ABŞ-ın bu həftə tətbiq etməyi planlaşdırdığı yeni sanksiyalar Rusiyada təxminən 200 hüquqi və fiziki şəxsi əhatə edəcək.

Missiya.Az
"Report"a istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbəyə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, ABŞ-ın sanksiya siyahısına qubernatorlar və Rusiya rəsmilərinin ailə üzvləri daxil ediləcək.

Bundan əlavə, hərbi-sənaye kompleksinə daxil olan şirkətlərə, müəssisələrə, firmalara, həmçinin sanksiyalardan yayınmada iştirak etdiyi iddia edilən şəbəkələrə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq ediləcək.

ABŞ Maliyyə Nazirliyinin bu həftə Rusiya üçün yenilənmiş sanksiyalar siyahısını təqdim edəcəyi gözlənilir.

  • 21-02-2023, 22:56