Çin Xalq Respublikasının Sədri Si Cinpin yaxın aylarda Rusiyaya səfər edə bilər.
Missiya.Az xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.
"Səfərin planlaşdırılması ilkin mərhələdədir, tarixlər hələ müəyyən edilməyib. Ola bilsin ki, səfər aprel və ya mayda baş tuta bilər", - nəşr qeyd edib.
“The Wall Street Journal” yazır ki, Si Cinpinin Rusiyaya mümkün səfəri Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının rəhbəri Vanq Yinin sabah Moskvaya gözlənilən səfəri çərçivəsində müzakirə edilə bilər.
Bundan əvvəl Vanq Yi bildirib ki, Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasının ildönümündə Pekinin bu münaqişə ilə bağlı mövqeyinə dair sənəd hazırlayacaq. O vurğulayıb ki, hətta ən çətin vəziyyətlərdə belə sülhə şans vermək lazımdır.