AZ   |   RU
Rusiya XİN: Ermənistanda Aİ-nin mülki missiyası Cənubi Qafqazda sabitləşməyə töhfə verməyəcək
Ermənistanda Avropa İttifaqının mülki missiyasının yerləşdirilməsi Cənubi Qafqazda sabitləşməyə töhfə verməyəcək.

Missiya.Az
Report-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla telefonla danışığı zamanı bildirib.

Tərəflər danışıq zamanı Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.

Qaluzin qeyd edib ki, Brüsselin Ermənistanda missiya yerləşdirmək qərarı regionda vəziyyəti nizamlamağa kömək etmir.

  • 21-02-2023, 20:33