AZ   |   RU
Komitə sədri Şamaxı və Qobustan rayonlarından olan vətəndaşlarla görüşüb

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Şamaxı və Qobustan rayonlarından olan vətəndaşları qəbul edib.

Bu barədə Missiya.Az-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib.

Məlumata görə, görüş bu gün Şamaxıda baş tutub.
Qəbul zamanı tikintiyə icazə icraatı prosesi, məlumatların Tikintilərin Dövlət Reyestrinə yerləşdirilməsi və digər istiqamətlərdə vətəndaşların müraciətləri dinlənilib.

Komitənin fəaliyyət istiqamətlərinə daxil olan məsələlərin bir qismi yerində həll edilib, digər məsələlərin araşdırılması üçün tapşırıqlar verilib.

Eyni zamanda, bəzi müraciətlərin həlli yolları izah edilərək aidiyyəti dövlət qurumlarına yönləndirilib.


  • 21-02-2023, 19:15