AZ   |   RU
Makron Fransada pensiya islahatını müdafiə edir


Fransa prezidenti Emmanuel Makron pensiya yaşının 64-ə qaldırılmasını nəzərdə tutan mübahisəli pensiya islahatını müdafiə edib, bu da kütləvi etirazlara səbəb olub.

Missiya.A
z-ın Anadolu Agentliyinə istinadən xəbərinə görə, bu barədə Makron Val-de-Marne bölgəsində yerləşən Rungis şəhərində dünyanın ikinci ən böyük topdansatış ərzaq bazarına səfəri zamanı açıqlamalar verib.

Ölkədə hər kəsin orta iş vaxtının bir az daha uzun olması ilə bağlı fikirlə razılaşdığını bildirən Fransa lideri bunun pensiya sisteminin funksionallığı üçün zəruri olduğunu bildirib.

Zərintac MAYİSQIZI
 Missiya.Az


  • 21-02-2023, 17:47