AZ   |   RU
"Dan Ulduzu" şeirlər toplusunun təqdimat mərasimi keçirilib

Böyük Rumın şairi Mihay Emineskunun "Dan Ulduzu" şeirlər toplusunun təqdimat mərasimi keçirilib 

Missiya.Az
xəbər verir ki, tədbirdə Ruminyanın Bakıdakı səfiri Vasile Soare, kitabı tərcümə edən Səlim Babullaoğlu, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, millət vəkili Qənirə Paşayeva, ictimaiət nümayəndələri və başqaları iştirak edib.

Mərasimdə çıxış edən Ruminyanın Bakıdakı səfiri Vasile Soare tədbirin keçirilməsində əməyi olan hər kəsə öz təşəkkürünü bildirib. 

Daha sonra görkəmli şair Səlim Babullaoğlu və aparıcı Ceyhun Əli "Dan Ulduzu" kitabından böyük rumın şairinin şeirlərini qiraət edib.

İstedadlı pianoçu Fəqan Həsənli isə bir-birinin ardınca görkəmli rumın bəstəkarların əsərlərini ifa edib.

Sonda şair Səlim Babullaoğluna "Vaqif Səmədoğlu" medalı təqdim olunub.

Leyla SƏMƏNDƏR
Missiya.Az





  • 20-02-2023, 20:15