AZ   |   RU
Azərbaycanda aqrar məhsulların istehsalı 3 %-dən çox artıb


2023-cü ilin yanvar ayında ölkədə 456,2 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.

Missiya.Az
xəbər verir ki, Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 % çoxdur.

Bu ay istehsal edilmiş bitkiçilik məhsullarının dəyəri 23,1 milyon manat olub, bu isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 % çoxdur. Heyvandarlıq məhsulların dəyəri isə 3,4 % artaraq 433,1 milyon manat təşkil edib.

2022- ci ildə qarğıdalı da daxil olmaqla tarlalardan 3 milyon 161,3 min ton dənli və dənli paxlalı bitkilər götürülüb, bu, 2021-ci illə müqayisədə 6 % azdır. Sahələrdən 1074,3 min ton (1,2 % çox) kartof, 1 milyon 823,3 min ton (0,4 % çox) tərəvəz, 469,3 min ton (2 % çox) bostan məhsulları, 1 milyon 253,1 min ton (4 % çox) meyvə və giləmeyvə, 212,6 min ton (1,3 % çox) üzüm, 1 min ton (15 % az) yaşıl çay yarpağı, 222,7 min ton (15,3 % çox) şəkər çuğunduru, 321,8 min ton (12,1 % çox) pambıq, 29,4 min ton (13,8 % çox) günəbaxan və 5,1 min ton (21 % az) tütün yığılıb.

2023-cü ilin yanvar ayında diri çəkidə 45,6 min ton ət, 160,7 min ton süd, 182,1 milyon ədəd yumurta və 20,5 min ton tərəvəz istehsal olunub. 2022-ci ilin yanvar ayı ilə müqayisədə ət istehsalı 2,8 %, süd istehsalı %, yumurta istehsalı 16 %, tərəvəz istehsalı isə 1,5 % artıb.


  • 20-02-2023, 17:51