Fevralın 16-də Kiyevə səfər edən İsrailin xarici işlər naziri Eli Koen Ukrayna Prezidenti Volodimir Zelenski ilə İsrailin rəsmi Kiyevə yardım həcminin artırılması, eləcə də İran məsələlərini müzakirə ediblər.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Mən Ukrayna Prezidenti Zelenski ilə vacib və müsbət görüşü yenicə başa vurdum. Söhbətimizdə İsrailin birmənalı olaraq Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini vurğuladım", - israilli nazir bildirib.
Bildirilib ki, tərəflər “İranın Ukraynadakı terror fəaliyyətinin beynəlxalq ictimaiyyət tərəfindən ən sərt pisləməyə layiq olduğu və pratiki addımlar tələb etdiyi məsələsində razılığa gəliblər”.
Bundan əlavə, yəhudi dövlətinin Kiyevə göstərdiyi humanitar yardımın həcminin artırılması perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Belə ki, İsrail XİN başçısı Ukrayna Prezidentinə ölkəsinin yardımının genişləndirəcəyini vəd edib.