AZ   |   RU
Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobilləri maneəsiz keçib - YENİLƏNİB-11


Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 2 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. 
 
Missiya.Az
"Report"a istinadən xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.   

Belə ki, 1 minik avtomobilli Laçından Xankəndi, 1 minik avtomobili isə əks istiqamətə maneəsiz hərəkət ediblər. 

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 65-ə çatıb.  

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır. 

  • 16-02-2023, 21:30