AZ   |   RU
Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobilləri maneəsiz keçib - YENİLƏNİB-9


Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 2 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. 
 
Missiya.Az
"Report"a istinadən xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.   

Belə ki, 1 minik və 1 yük avtomobilli Laçından Xankəndiyə istiqamətinə maneəsiz hərəkət ediblər. 

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 61-ə çatıb. 
 
Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır. 


  • 16-02-2023, 18:15