AZ   |   RU
Ermənistanın XİN rəhbəri əvəzi istefaya getdi

Ermənistan xarici işlər naziri əvəzi Ara Ayvazyan vəzifəsindən istefa verib.

Missiya.Az
xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan bildirib.

A.Naqdalyan bunun səbəbini açıqlamayıb.
"Ayvazyan istefa barədə ərizəsini təqdim edib", - deyə o feysbukdakı hesabında yazıb.

Qeyd edək ki, Ara Ayvazyan istefasından bir neçə saat əvvəl Hindistanın Ermənistandakı səfiri Kişan Dan Devalya ilə görüşüb.

Report

  • 27-05-2021, 22:01