AZ   |   RU
NATO resurslarına kiberhücum edildiyi təsdiqlənib


Brüsseldə keçirilən mətbuat konfransında həftəsonu NATO resurslarına kiberhücumlar barədə məlumat təsdiqlənib.

Missiya.Az
Xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq deyib.

O əlavə edib ki, saytların əksəriyyətinə giriş artıq bərpa olunub, lakin bəziləri üzərində hələ də iş gedir.

“Lakin sizi əmin edə bilərəm ki,  məxfi məlumatımız təsirlənməyib, NATO-nun missiyaları və əməliyyatları üçün heç bir təhlükə yoxdur”, - Stoltenberq bildirib.

Zərintac MAYİSQIZI
Missiya.Az



  • 13-02-2023, 17:55