AZ   |   RU
Britaniya "naməlum uçan obyektlər" üçün təhlükəsizlik yoxlamasına başlayacaq


ABŞ və Kanadanın biri casus şarı, digərləri isə "naməlum uçan obyekt" olaraq xarakterizə edilən yüksək hündürlükdə uçan 4 hədəfi vurduqdan sonra təhlükəsizlik araşdırmasına başlanılacağını açıqlayıb.

Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Müdafiə naziri Ben Uolles deyib.

Uolles obyektin hansı təhlükə yaradacağını müttəfiqlərlə müzakirə edəcəklərini də bildirib.

Sözügedən araşdırmanın sonunda ölkənin hava məkanının qorunması və monitorinqi ilə bağlı işlərdə dəyişiklik edilib-edilməməsinə qərar veriləcək.

Zərintac MAYİSQIZI
Missiya.Az


  • 13-02-2023, 17:24