AZ   |   RU
Ukraynada yeddi nazir müavini işdən çıxarılıb

Ukrayna Nazirlər Kabineti yeddi nazir müavinini vəzifəsindən azad edib. Onlardan beşi daxili işlər nazirinin müavinidir.

Missiya.AzAPA-ya istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Ali Radadakı nümayəndəsi Taras Melniçuk öz Teleqram kanalında məlumat verib.

Qərara əsasən, Meri Akopyan, İqor Bondarenko, Sergey Qonçarov, Bohdan Drapyatı, Yekaterina Pavliçenko daxili işlər nazirinin müavini vəzifəsindən azad ediliblər.

Bundan əlavə, hökumət Denis Kudini Ukrayna iqtisadiyyat nazirinin birinci müavini vəzifəsindən, eləcə də Olha Rabiyçuku Turizmin İnkişafı üzrə Dövlət Agentliyinin rəqəmsal inkişaf, rəqəmsal transformasiya və rəqəmsallaşma üzrə müavini vəzifəsindən azad edib.


  • 10-02-2023, 20:49