“Bu gün dünyada ciddi geosiyasi qarşıdurmalar davam edir. Bu qarşıdurmalar bütün dövlətlərin milli təhlükəsizliyini təhdid edir. Bir çox dövlətlərdə böhran daha da dərinləşdiyi halda, Azərbaycan Prezident cənab İlham Əliyevin mükəmməl siyasi gedişləri, qətiyyətli siyasi iradəsi, cəsarətli addımları ilə qlobal böhranı öz lehinə dəyişməyi bacardı”.
Missiya.Az xəbər verir ki, bunu Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin (TAİB) təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov bildirib. Ramin Əhmədov əlavə edib ki, 44 günlük Vətən Müharibəsində qalib gəldik və bu gün diplomatik müstəvidə üstün mövqedəyik: “Azərbaycanın Britaniya, Rusiya, Avropa İttifaqı başda olmaqla əksər ölkələrlə yüksək səviyyəli münasibətləri var və bu Dövlət Başçısının uğurlu diplomatiyasının nəticəsidir.
Təbii ki, Azərbaycanın uğurlu siyasi strategiyası bəzi qonşu dövlətləri ciddi narahat edir. Məğlub və işğalçı Ermənistanın Azərbaycanın uğurlarından əndişə duyması təbiidir. Amma müsəlman maskasına bürünən İranın Azərbaycana qarşı aqressiv siyasəti, ermənidən daha çox ermənilik etməsi başadüşülən deyil.
Səfirliyimizə edilən hücumdan sonra İranla bağlı daha ciddi düşünməliyik. Bu gün İrana bağlı təxribatçıların Bank Melli İran tərəfindən maliyyələşdirilməsi və onların İran Mədəniyyət Mərkəzi kimi yuvalandıqları kəşfiyyat mərkəzləri, ibadət yerləri tərəfindən yönləndirilməsi heç kəsə sirr deyil.
Buna görə də bunlarla bağlı təcili tədbirlər görülməsi vacib şərtdir. Hesab edirəm ki, bu təxribat yuvaları təcili olaraq bağlanmalıdır…”.
Missya.Az