Pakistanın Baş naziri Şahbaz Şərif ştatların baş nazirləri ilə görüşüb və onlardan Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım kampaniyasına dəstək vermələrini xahiş edib.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, Baş nazir bu barədə tviter hesabında yazıb.
“Bir az əvvəl ştatların baş nazirləri ilə görüşdüm və onlardan Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım kampaniyasına dəstək vermələrini xahiş etdim. Bu, əsrin ən böyük zəlzələsidir. İki dövlət, bir millət olaraq yaşayan biz türk qardaşlarımızın hər zaman yanında olacağıq”, - Baş nazir sosial şəbəkə hesabında yazıb.