AZ   |   RU
BP: “BTC boru kəməri üzrə neft nəqli davam edir”


Fevralın 6-da baş vermiş güclü zəlzələ səbəbindən Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəməri vasitəsilə tədarük edilən Azərbaycan nefti ilə doldurulmuş tankerlərinin göndərilməsinin dayandırıldığı Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan limanında vəziyyət fors-major olaraq qiymətləndirilir”.

Missiya.Az
xəbər verir ki, bunu "Report"a "Azəri-Çıraq-Günəşli" yatağında neft hasilatı üzrə və BTC-nin Azərbaycan və Gürcüstan hissələrinin operatorunun nümayəndəsi Tamam Bayatlı deyib.

Onun sözlərinə görə, bazar iştirakçıları və malgöndərənlərə dünəndən bu barədə məlumat verilib.

Azərbaycan neftinin ixracı üçün terminalın yerləşdiyi Ceyhandan neft tədarükü BTC-nin Türkiyə hissəsinin və Ceyhandakı terminalın operatoru olan “Botas International Limited” (Bil) tərəfindən dayandırılıb. Qərar Türkiyənin bu bölgəsində güclü zəlzələ nəticəsində neft tökülən qurğulardan birində neft halı aşkarlanmasına görə qəbul edilib.

“Qurğuda problem və sızma aşkarlandıqdan sonra şirkət dərhal bütün əməliyyatları dayandırıb, problem yaranmış sahə hermetizasiya olunub və etibarlı şəkildə qapadılıb. Ancaq bütün tanker yükləmə əməliyyatları dayandırılıb. Estakadanın işinin bərpa edilib-edilməyəcəyini müəyyənləşdirəcək araşdırma aparılır”, - T.Bayatlı söyləyib.

Onun sözlərinə görə, operator vəziyyəti qiymətləndirir, BP və tərəfdaşlara Ceyhandan neftin tankerlərə yüklənərək göndərilməsinin mümkünlüyü barədə məlumat verməlidir.

BP nümayəndəliyinin məlumatına görə, şirkət Səngəçal terminalından BTC neft kəməri ilə neft nəql etməyə davam edir. Neft Ceyhana çatdırılır və orada mövcud olan saxlanc çənlərinə doldurulur.
Ceyhan limanında hər biri 1 milyon barel tutumlu 7 neft saxlanc çəni var. T.Bayatlının sözlərinə görə, hazırda neftin saxlanması üçün imkanlar var və ona görə də BTC üzrə ixracat davam edir.

Xəttin gündəlik ötürücülüyü 1,2 milyon bareldir.

Ceyhan limanından göndərilməklə BTC boru kəməri ilə başqa sort neft, o cümlədən Qazaxıstan nefti də ixrac olunur.

  • 8-02-2023, 19:46