AZ   |   RU
“Ukraynaya silah tədarükündə rəqabət müttəfiqlər arasında birliyə zərər verir” – Almaniya kansleri

“Ukraynaya silah tədarükündə “ictimai yarışlar” keçirilir”.

Missiya.Az 
“Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu Bundestaqda çıxışı zamanı Olaf Şolts deyib.

Şolts bildirib ki, Ukraynaya silah tədarükündə tərəfdaşlar arasında müəyyən rəqabət müttəfiqlər arasında birliyə zərər verir.

“Biz qərarları əvvəlcə məxfi şəkildə hazırlamaqla və yalnız bundan sonra onlara çatdırmaqla bu birliyi qoruyub saxlayırıq və gücləndiririk”, - deyə kansler vurğulayıb.

O, Ukraynaya silah, xüsusilə də tankların tədarükü məsələsində ABŞ prezidenti Co Baydenlə sıx koordinasiyada olduğunu qeyd edib.


Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 8-02-2023, 18:08