AZ   |   RU
Azərbaycan və Rumıniya arasında gələcək əməkdaşlıq məsələləri müzakirə edilib - FOTO

Azərbaycanın DOST konsepsiyası və sosial sahədə xidmətlərin elektronlaşdırılması təcrübəsinin Rumıniyada pilot layihə olaraq tətbiqinə dair fikir mübadiləsi aparılıb.

Missiya.Az
xəbər verir ki, Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Komissiyanın Rumıniya tərəfindən həmsədri, Rumıniyanın energetika naziri Vircil-Daniel Popeskunun görüşü olub.

5 saylı Bakı DOST Mərkəzində keçirilən görüşdə ötən dövrdə Azərbaycanla Rumıniya arasında 60-dan çox əməkdaşlıq sənədi imzalandığı, iki ölkənin strateji tərəfdaşlıq əsasında əlaqələrinin ildən-ilə genişləndiyi bildirilib.

Ticarət dövriyyəsində də davamlı artım olduğu, keçən il Azərbaycanla Rumıniyanın ticarət dövriyyəsində 2,4 dəfə artım qeydə alındığı diqqətə çatdırılıb. Cənub Qaz Dəhlizinin, Qara dəniz sualtı elektrik və rəqəmsal qoşulma layihəsinin əhəmiyyətindən, bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində əməkdaşlıq imkanlarından bəhs olunub. Enerji, nəqliyyat, kənd təsərrüfatı, təhsil, sosial, mədəniyyət və s. sahələrdə ikitərəfli əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib.

Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın fəaliyyəti, Komissiyanın növbəti iclasına hazırlıq məsələləri nəzərdən keçirilib.

Azərbaycanın DOST konsepsiyası və sosial sahədə xidmətlərin elektronlaşdırılması təcrübəsinin Rumıniyada pilot layihə olaraq tətbiqinə dair fikir mübadiləsi aparılıb.

V.D.Popesku 5 saylı Bakı DOST Mərkəzi, burada əhaliyə göstərilən xidmətlərlə tanış olub.
Azərbaycanın DOST konsepsiyası, bu konsepsiyanın üstünlükləri, dövlət sosial xidmətlər sisteminə gətirdiyi innovativ uğurlar, həmçinin sosial sahədə geniş miqyas alan elektronlaşma proqramı barədə təqdimatlar edilib.


  • 3-02-2023, 20:58