Azərbaycan tərəfi bu gün Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın Qarabağda qeyri-qanuni iqtisadi fəaliyyəti nətcəsində Azərbaycanın ekologiyasına vurduğu böyük ziyanı açıq şəkildə nümayiş etdirib.
Missiya.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Niderland Krallığındakı səfiri Rəhman Mustafayev tviter hesabında yazıb.
O qeyd edib ki, Laçın yolunun bağlanmasını sübut edən real faktlar yoxdur. Onun sözlərinə görə, Ermənistan Azərbaycandan fərqli olaraq, vəziyyəti yaxşılaşdırmaq üçün dialoqa can atmır.