AZ   |   RU
Rusiyadan Amasraya gələn sərnişin gəmisi güclü külək səbəbindən limana çırpılıb
 
Rusiyadan İstanbul üzərindən Amasra limanına gələn “Astoria Grande” kruiz gəmisi güclü külək səbəbindən limana çırpılıb.

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, göyərtəsində 385 rusiyalı turist və 283 personal olan Panama bayraqlı gəmi limana girməyə cəhd edib.

Saatda 40 kilometr sürətlə əsən külək səbəbindən gəminin yan hissəsi limandakı qanadlara dəyib. Hadisə baş verən limanda lövbər sala bilmədiyi üçün sərnişinləri və heyəti ilə açıq havada gözləyən gəmidə dalğıclar tərəfindən xilasetmə işinə başlanılıb.

Sahil təhlükəsizlik qrupları tərəfindən ətrafda təhlükəsizlik tədbirləri görülüb. 

Leyla Səməndər
Missiya.Az


  • 18-01-2023, 14:19