AZ   |   RU
“Qərb Rusiya ilə hibrid və qlobal müharibə aparır” – Lavrov

"Qərbin Ukraynaya hərbi və iqtisadi yardımının həcmi Avropa İttifaqı və NATO-nun Rusiya ilə hibrid və qlobal müharibədə böyük payını nümayiş etdirir". 

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu 2022-ci ilin əsas xarici siyasətin yekunlarına dair illik mətbuat konfransı zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Dəstəyin miqdarı birmənalı şəkildə onu göstərir ki, Qərb Rusiyaya qarşı bu müharibədə çox şeyə can atıb”, - deyə nazir bildirib.

Lavrov söz verib ki, “müharibə nə vaxtsa bitəcək” və Moskva “həqiqəti müdafiə edə” biləcək.

“Rusiya Minsk razılaşmalarının müddəalarına sədaqətlə əməl etdi. Sənədi rədd edən Qərb tərəfləri isə sonradan etiraf etdilər ki, bu sazişlər Ukraynaya hərbi yardım və Rusiya ilə münaqişəyə hazırlıq üçün vaxt udmaq məqsədi ilə imzalanıb”, - deyə lavrov vurğulayıb.

Onun sözlərinə görə, “Rusiya bu uğursuz Minsk razılaşmalarının həyata keçirilməsinə can atan yeganə tərəf olub”, qalanların hamısı “fırıldaqçılar olub”.

Lavrov qeyd edib ki, qlobal iqtisadi böhran Ukraynada “xüsusi hərbi əməliyyat” başlamazdan xeyli əvvəl yetişib:

“Əlbəttə, bizim qərbli həmkarlarımız Ukraynanı və onun ətrafında baş verənləri əsas siyasi, media və iqtisadi hadisələrə çevirməyə çalışırdılar, Rusiyanı Ukraynaya qarşı qondarma təcavüzün bütün bəlalara səbəb olmasında ittiham edirdilər”, - deyə rusiyalı nazir əlavə edib.
 

Daşqın Həsənov
Missiya.Az


  • 18-01-2023, 14:03