Ali Radanın vergi komitəsinin rəhbəri Danil Qetmantsev Ukraynanın 2022-ci il dövlət büdcəsindən Silahlı Qüvvələr üçün xərclənən vəsaitin həcmini açıqlayıb.
Missiya.Az xəbər verir ki, Danil Qetmantsev bu barədə Dövlət Xəzinədarlığının məlumatına istinadən teleqramda yazıb.
Məlumata görə, xərclərin məbləği 1 trilyon qrivna təşkil edib. Fevralın 24-dən etibarən 1003,5 milyard qriven (27,3 milyard ABŞ dolları) və ya dövlət büdcəsinin ümumi fondunun göstərilən dövr üçün bütün xərclərinin 45%-i Ukrayna hərbçilərinin maaşlarının ödənilməsinə, ordu üçün mal və xidmətlərin alınmasına sərf edilib.
Leyla Səməndər
Missiya.Az