Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda Leninqrad mühasirəsinin yarılmasının 80-ci ildönümü günü münasibətilə “Vətən” abidəsi önünə əklil qoyub.
Missiya.Az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
“Putinin Leninqradın Müdafiəsi və Mühasirəsinin Dövlət Memorial Muzeyinə baş çəkəcəyi, burada Böyük Vətən Müharibəsi veteranları, mühasirədə olan Leninqrad sakinləri və ictimai vətənpərvər birliklərin nümayəndələri ilə görüşəcəyi planlaşdırılır”, - deyə məlumatda vurğulanıb.
Qeyd olunub ki, Putin Sankt-Peterburqda "Almaz-Antey" konserninin tərkibinə daxil olan Obuxov zavoduna da baş çəkəcək.
Daşqın Həsənov
Missiya.Az