AZ   |   RU
Hulusi Akar Çexiyanın baş naziri ilə görüşüb

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Praqada Çexiyanın baş naziri Petr Fiala ilə görüşüb.

Missiya.Az
xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Danışıqlar zamanı Akar iki ölkə arasında ilk növbədə müdafiə sənayesi və hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

“Türkiyəli nazir Çexiyanın aparıcı müdafiə müəssisələrindən olan Omnipolda olub. Akarı Türkiyənin Praqadakı səfiri Egemen Bağış müşayiət edib”, - deyə məlumatda bildirilib.


Daşqın Həsənov
Missiya.Az


  • 18-01-2023, 12:49