AZ   |   RU
Astara sərhəd-keçid məntəqəsində avtomobillərin növbəsi yaranıb

Astara sərhəd-keçid məntəqəsində İran yük maşınlarının sərhəddən keçməsində gecikmələr yaranıb, bu da sərhəddə uzun növbəyə səbəb olub.

Missiya.Az
APA-ya istinadən xəbər ki, bunu İranın Avtomobil Nəqliyyatı Təşkilatının Tranzit İdarəsinin baş direktoru Cavad Hidayəti deyib.

Onun sözlərinə görə, problemə Azərbaycanda Yeni il tətili səbəb olub: "Problemin yaxın bir həftə ərzində aradan qaldırılacağı bildirilib”.

Qeyd edək ki, bəzi yük maşınları bir həftədir İran Astarasında sərhədi keçmək üçün növbə gözləyir.

  • 16-01-2023, 23:18