AZ   |   RU
Lerikdə sürücünün ehtiyatsızlığı ölümlə nəticələnib

Yanvarın 10-da saat 12 radələrində Lənkəran rayonunun Digah kənd sakini A.Bağırov idarə etdiyi "Hyundai" markalı yük avtomobilini Lerik rayonu ərazisində Piran-Hamarat yolunda geriyə hərəkət etdirərkən Piran kənd sakini Əliməmməd Məmmədovu vurub.

Bu barədə Missiya.Az-a DİN-in Mətbuat xidmətinin Lənkəran regnional qrupundan bildirilib.

Ə.Məmmədov aldığı xəsarətlərdən yerləşdirildiyi Lənkəran Mərkəzi Rayon Xəstəxanasında ölüb.

Faktla bağlı Lerik Rayon Polis Şöbəsində araşdırma aparılır.


  • 10-01-2023, 23:33