AZ   |   RU
Rusiyaya qarşı döyüşmək istəyən məşhur rus aktyor - Moskvada cinayət işinə hazırlıq başladı

Rusiya Dövlət Dumasının deputatı Sultan Həmzəyev Ukrayna tərəfində Rusiyaya qarşı döyüşməyə hazır olduğunu bəyan etmiş məşhur aktyor Artur Smolyaninov barəsində cinayət işinin başlanması xahişi ilə Rusiya İstintaq Komitəsinə (İK) müraciət etməyə hazırlaşır.

Missiya.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, deputat öz niyyətini RİA Novosti-yə verdiyi müsahibədə açıqlayıb.

Aktyoru "satqın" adlandıran deputat Smolyaninovla bağlanmış bütün yaradıcı müqavilələrə xitab verilməli oıduğunu da deyib.

Qeyd edək ki, məşhur aktyor Rusiyanı tərk edib. Onun hazırda Ukraynada olduğu bildirilir.

A.Smolyaninov Ukrayna tərəfindən Rusiyaya qarşı döyüşmək istəyini Kirill Martınova (Rusiyada xarici media agenti kimi tanınır) verdiyi müsahibədə dilə gətirib. Onun bu bəyanatı Rusiyada geniş rezonans doğurub.

Xatırladaq ki, A.Smolyaninov Rusiyanın Ukraynaya qarşı aqressiv davranışlarına etiraz olaraq ölkəni tərk etmiş ilk sənət adamı deyil. Bu sırada onlarla məşhurun adını çəkmək olar. 

Elcan
Missiya.Az



  • 8-01-2023, 19:11