Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü rusiyalı və ukraynalı həmkarları Vladimir Putin, Volodimir Zelenski ilə telefon danışığı aparmağı planlaşdırır.
Missiya.Az report-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bildirib.
“Sabah Prezidentimiz Putin və Zelenski ilə telefonla danışmağı planlaşdırır”, - o, NTV telekanalının efirində deyib.
Kalının sözlərinə görə, Ərdoğan Rusiya Federasiyası və Ukrayna prezidentləri ilə Ukrayna böhranının nizamlanmasını müzakirə etmək niyyətindədir.