"İsrail İrana hücum hazırlıqlarını getdikcə daha çox artırır".
Missiya.Az "Bloomberg" nəşrinə istinadən xəbər verir ki, bunu Hərbi Hava Qüvvələrinin məzuniyyət mərasimində çıxışı zamanı İsrailin müdafiə naziri Benni Qantz deyib.
Qantz, hərbçilərin nüvə obyektlərinə zərbə endirməyə hazırlığına toxunaraq bildirib ki, bir gün pilotlarımıza belə bir hücumda iştirak etmək üçün dərhal əmr veriləcək.
"Siz iki-üç ildən sonra şərqdə səmanı keçə və son illərdə hazırlığı əhəmiyyətli dərəcədə artırarkən İranın nüvə obyektlərinə hazırlaşdığımız hücumda iştirak edə bilərsiniz", - deyə israilli nazir vurğulayıb.
Daşqın Həsənov
Missiya.Az