AZ   |   RU
Alp dağlarında qar uçqunu altında qalanlar xilas edilib

Avstriyanın İsveçrə ilə həmsərhəd Forarlberq federal əyalətinin Lex/Tsürs dağ-xizək regionunda qar uçqunu altında qalan şəxslərin hamısı xilas edilib.

Missiya.Az
xəbər verir ki, mülayim hava şəraiti nəticəsində qar uçqunu baş verib və on nəfər qar kütləsinin altında qalıb. Əraziyə cəlb edilmiş xilasedicilər saatlarla davam edən axtarış-xilasetmə fəaliyyəti nəticəsində qar altında qalanların hamısı tapılaraq təxliyə edilib. Onlardan dörd nəfəri müxtəlif dərəcəli bədən xəsarəti ilə xəstəxanaya aparılıb, digərləri isə evə buraxılıb.

İki yüzədək xilasedici və səkkiz helikopterin cəlb edildiyi əməliyyat səhər saatlarında uğurla başa çatdırılıb.

Qeyd edilməlidir ki, dəyişkən hava şəraiti və dağ-xizək idmançılarının ehtiyatsızlığı tez-tez Alp dağlarında qar uçqunlarına səbəb olur. Ötən il Alp dağlarının Avstriyaya aid hissəsində baş vermiş 118 qar uçqunu 18 nəfərin həyatına son qoyub.

Zərintac Mayisqızı
Missiya.Az


  • 26-12-2022, 19:03