AZ   |   RU
Azərbaycan və Rusiya baş nazirləri ikitərəfli iqtisadi layihələri müzakirə ediblər

Azərbaycanın Baş naziri Əli Əsədov rusiyalı həmkarı Mixail Mişustinlə telefon danışığı zamanı ikitərəfli iqtisadi layihələri müzakirə ediblər.

Missiya.Az
xəbər verir ki, bu barədə Rusiya hökumətinin saytında məlumat yer alıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran iqtisadi layihələr üzrə birgə işin intensivləşdirilməsi barədə razılıq əldə olunub.

Hökumət başçıları ticarət-iqtisadi, elmi-texniki sahələrdə əməkdaşlığın qurulmasının aktual məsələlərini nəzərdən keçiriblər.

  • 23-12-2022, 22:00