Böyük Britaniyanın yollarında təhlükəsizliyə cavabdeh olan minlərlə sərhədçi, poçt və “Milli avtomobil yolları”nın işçiləri tətil elan edib.
Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.
Bildirilib ki, narazı kütlə daha yüksək əmək haqqı və yaxşı iş şəraiti tələb edir.
Sərhəd xidməti işçilərinin tətili səbəbindən Böyük Britaniyaya gələn 250 minə yaxın adamın ölkənin hava limanlarında problemlə üzləşmək təhlükəsinin olduğu bildirilir.
Nəşrin məlumatında tətillərin, İngiltərənin bir neçə hava limanlarında keçiriləcəyi vurğulanıb.
Zərintac MAYİSQIZI
Missiya.Az