AZ   |   RU
Yaponiyada yağan güclü qar nəticəsində 8 nəfər ölüb
 
Yaponiyanın müxtəlif bölgələrində yağan güclü qar nəticəsində baş verən fəlakət və qəzalarda 8 nəfər ölüb.

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın dövlət televiziyası NHK məlumat yayıb. 

Yanğın və Fəlakətlərin İdarə Edilməsi Agentliyinin açıqlamasına görə , ölkə daxilində güclü qar yağması nəticəsində baş verən fəlakət və qəzalarda 45 nəfər yaralanıb.

Qar yağması səbəbindən elektrik enerjisi kəsilib, sürətli qatarların hərəkətində fasilələr yaranıb.

Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 23-12-2022, 17:58