“Bu müharibədə ölkəmizin müstəqilliyini müdafiə edən ukraynalıların valideynləri qisasçılıqla yaşayır və itkiyə görə heç bir kompensasiya almaqda maraqlı deyillər”.
Missiya.Az “UNİAN”a istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Co Baydenlə birgə mətbuat konfransı zamanı Ukrayna dövlət başçısı Volodimir Zelenski deyib.
"Mənə elə gəlir ki, bizim hamımız üçün dünya müxtəlif yollarla ədalətlidir. Mənim üçün bir prezident kimi ədalətli dünya torpağımız, ərazi bütövlüyümüz, suverenliyimizlə bağlı heç bir güzəştə getməmək, Rusiyanın təcavüzü nəticəsində dəyən bütün itkilərin ödənilməsi deməkdir"dedi”, - deyə Zelenski bildirib.
"Valideynlərimiz oğullarını, tibb bacısı olan qızlarını cəbhədə itirdi. Onlar üçün ədalətli dünya nədir? Onlar üçün bütün bu pullar heç bir şeydir. Onlar heç bir təzminatla maraqlanmırlar. Onlar yalnız qisas almaq üçün yaşayırlar”, - deyə Ukrayna lideri vurğulayıb.
“Bu müharibə böyük bir faciədir. Rusiyanın bu təcavüzü nə qədər çox davam edərsə, bir o qədər qisasla yaşayacaq belə valideynlər olacaq. Çünki onların daha yaşamasının başqa mənası yoxdur”, - deyə Zelenski qeyd edib.
Daşqın Həsənov
Missiya.Az